Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qanı ilə dastan yazan şəhidlər”  adlı  görüş keçirlmişdir.

24.09.2021

23.09.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  Şöbəsinin  işçiləri  44  günlük  Vətən  Müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə  ucalan  Qabilov  İsmayıl  Əli  oğlunun ailəsi  ilə “Qanı ilə dastan yazan şəhidlər”  adlı  görüş keçirlmişdir.

   Görüşdə  torpaqlarımızın  azadlığı  uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Metodika Şöbəsinin müdiri  Gülnarə  Məmmədova  açaraq  bildirdi ki,  Azərbaycan xalqının Vətənə  necə  bağlılığını,  Ali  Baş  Komandanın  ətrafında  sıx birləşən insanlarımızın inamı  və  Azərbaycan  ordusunun məğlub edilməzliyindən, hünəri  və qətiyyətindən danışdı.

   Görüşdə  şəhidin  həyat  yoldaşı  Qabilova  Nəsibə  27 sentyabr  2020-ci il də  başlayan  MAXE  (müddətdən  artıq  xidmət edən ) Qabilov  İsmayıl Əli  oğlunun  şərəfli  döyüş  yolundan  danışdı. Şəhidlik  məqamına ucalmış igid oğlumuz Qabilov İsmayıl Əli oğlu 15 iyun 1983-cü il  Moz  Qaraçanlı  kəndində  anadan  olub. “Murov” döyüşlərində iştirak edib , “Ömər aşırımında”  şəhidlik zirvəsinə ucalıb. Ölümündən  sonra  15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı verilib.

Görüşün  sonunda  şəhid Qabilov İsmayıl Əli oğlunun məzarı  ziyarət edildi.